OPEC Fondu mənzil məsələsini şəhər infrastrukturunun inkişafı gündəliyinə daxil etməyə çalışır
sizinxeber.az xəbər saytı

OPEC Fondu mənzil məsələsini şəhər infrastrukturunun inkişafı gündəliyinə daxil etməyə çalışır


OPEC Fondu mənzil mövzusunun şəhər infrastrukturunun inkişafı və dayanıqlı şəhərlərin yaradılması kimi daha genişmiqyaslı proqrama inteqrasiyası üzərində işləyir.

"Report" xəbər verir ki, bu barədə OPEC Fondunun İnnovativ maliyyələşdirmə şöbəsinin rəhbəri Valid Mehalayn Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Qlobal Mənzil Maliyyələşdirməsindən Yerli Əlverişli Mənzil Fəaliyyətinə: Qlobal İnkişafdan və Submilli Maliyyədən İstifadə" adlı panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, bir qayda olaraq, tərəfdaş dövlətlərin hökumətləri ilə danışıqlar zamanı mənzillə təminat problemi əsas mövzular sırasına aid edilmir.

"Mərkəzi hakimiyyət orqanları və maliyyə qurumları çox vaxt mənzil sahəsini yerli administrasiyaların məsuliyyət zonası kimi qəbul edirlər, halbuki sonuncular bu problemin həlli üçün kifayət qədər vəsaitə malik deyillər. Məhz bu səbəbdən OPEC Fondu mənzil mövzusunu şəhər infrastrukturunun inkişafı və dayanıqlı şəhərlərin yaradılması üzrə daha genişmiqyaslı proqrama inteqrasiya etmək üzərində işləyir", - V. Mehalayn vurğulayıb.

Oxşar xəbərlər

Dünya Bankının vitse-prezidenti: "Mənzil sektoru qlobal ÜDM-in 15 %-ni formalaşdırır"
EBRD özəl sektorda mənzil layihələrinin maliyyələşdirilməsinin əsas problemini açıqlayıb
OECD: Mənzil böhranı qlobal inkişaf böhranının şəhər simasıdır
Rossbax humanitar yardımdan uzunmüddətli inkişafa keçiddə sistemli uğursuzluğun olduğunu bildirib
Aİ WUF13-də hər kəs üçün mənzil dəstəyi üzrə ilk Avropa planını təqdim edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər