Dünya Bankının vitse-prezidenti: "Mənzil sektoru qlobal ÜDM-in 15 %-ni formalaşdırır"
Mənzil sektoru qlobal ümumi daxili məhsulun (ÜDM) 15 %-ni formalaşdırır.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Dünya Bankı Qrupunun infrastruktur üzrə vitse-prezidenti Valeri Levkov (Valérie Levkov) Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Qlobal Mənzil Maliyyələşdirməsindən Yerli Əlverişli Mənzil Fəaliyyətinə: Qlobal İnkişafdan və Submilli Maliyyədən İstifadə" mövzusunda panel müzakirəsində deyib.
"Mənzil sektoru iqtisadi inkişafın əsas hərəkətverici qüvvələrindən biri kimi çıxış edir. Orta hesabla ÜDM-in 15 %-i onun payına düşür, bununla belə, o, tikinti və memarlıqdan tutmuş sənaye istehsalı, ticarət və maliyyə sahəsinə qədər müxtəlif sektorlarda məşğulluğun artmasına töhfə verir. Şəhərlərin işçi qüvvəsini cəlb etmək üçün keyfiyyətli və maliyyə cəhətdən əlçatan mənzillərə ehtiyacı var. Üstəlik, bu, təkcə inkişaf etməkdə olan iqtisadiyyatlara aid deyil - bu, genişmiqyaslı bir çağırışdır", - V.Levkov vurğulayıb.
Bundan əlavə, o qeyd edib ki, mənzil şəhər infrastrukturunun inteqratoru funksiyasını yerinə yetirir, çünki ev təsərrüfatları məhz onun vasitəsilə kommunal xidmətlərə və s. çıxış əldə edirlər.
Oxşar xəbərlər
Rossbax humanitar yardımdan uzunmüddətli inkişafa keçiddə sistemli uğursuzluğun olduğunu bildirib
OECD: Dünya mənzil problemi ilə deyil, faktiki olaraq mənzil böhranı ilə üz-üzədir
UN-Habitat nümayəndəsi mənzil təminatındakı əsas çətinlikləri açıqlayıb
WUF13 çərçivəsində 2026-cı il üçün Dünya Şəhərləri Hesabatı təqdim olunub
Aİ WUF13-də hər kəs üçün mənzil dəstəyi üzrə ilk Avropa planını təqdim edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
İlham Əliyev: "Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir"
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
-
Azərbaycan Kərkükdə 150 ailəyə bayram sovqatı çatdırıb
