CREDAİ: Hindistanda "əlçatan mənzil" seqmentinin inkişafına ciddi maneələr var
sizinxeber.az xəbər saytı

CREDAİ: Hindistanda "əlçatan mənzil" seqmentinin inkişafına ciddi maneələr var


Hindistanın daşınmaz əmlak bazarındakı qiymət limiti qaydaları "əlçatan mənzil" seqmentinin inkişafına ciddi maneələr yaradır.

"Report" xəbər verir ki, bunu Hindistanın Daşınmaz Əmlak Developerləri Assosiasiyaları Konfederasiyasının (CREDAİ) Ümummilli Prezidenti Şekhar Patel Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası( WUF13) çərçivəsində təşkil olunmuş Biznes Dəyirmi Masasında bildirib.

O, ölkədə orta ölçülü mənzillərə böyük tələbatın olmasına baxmayaraq real bazarda ciddi uyğunsuzluqların yarandığını vurğulayıb:

"Hazırda Hindistanda əlçatan mənzillər üçün ölçü meyarı 60-90 kvadratmetr, qiymət limiti isə 45 lakh rupi (təxminən 42 000 dollar) müəyyən edilib. Bu tərif təxminən 8 il əvvəl tətbiq olunub və həmin vaxtdan bəri xammal, torpaq və infrastruktur xərclərinin artması səbəbindən mənzil qiymətləri hər il 8-10 % yüksəlib. Nəticədə, 2018-ci ildə bu qiymətə başa gələn mənzil indi iki qat baha satılır, lakin qaydalardakı limit dəyişməz qalıb. Bu problemə görə də rəsmi statistik məlumatlarda fərq yaranır, çünki yalnız qiyməti 45 lakh rupidən aşağı olan evlər nəzərə alınır. Tələb və təklif olsa da, bu mənzillər 'əlçatan mənzil' statusu ala bilmir. Ev alıcıları üçün bunu sərfəli etmək məqsədilə əlçatan mənzil seqmentinə xüsusi güzəştlər tətbiq etməlidir".

Qonaq inkişaf etməkdə olan ölkələrdə mənzil sektorunun üzərinə düşən vergi yükünün həddindən artıq yüksək olduğunu qeyd edib: "İnkişaf etməkdə olan dövlətlər daşınmaz əmlak sektoruna gəlir mənbəyi kimi baxırlar. Şəhər, ştat və ölkə səviyyəli vergiləri topladıqda, bu, mənzilin dəyərinin təxminən 35-50%-ni təşkil edir. Yəni müştərinin ödədiyi məbləğin yarıya qədəri hökumətə gedir ki, bu da sistemin davamlılığına zərbə vurur. Əlçatan mənzilin tərifi qiymətlə deyil, mənzilin ölçüsü, şəhərin xüsusiyyətləri və əhalinin tələbi ilə müəyyən edilməlidir. BMT-nin Məskunlaşma Proqramına (UN-Habitat) və şəhərsalma icmasına müraciət edirəm ki, yeni bir yanaşma ortaya qoyaq. Əgər qiymət limiti qoyulacaqsa, bu mütləq inflyasiyaya və mənzil qiymətlərinin artımına indekslənməlidir".

Oxşar xəbərlər

Bakıda daşınmaz əmlak bu qədər bahalaşacaq – Qiymətlər
Hayme Hovane: Panama ciddi mənzil qıtlığı ilə üzləşir
Bakının əmlak bazarında yeni dalğa: kiçik mənzillərə tələbat artır - ARAŞDIRMA 
AIIB mənzillərin maliyyələşdirilməsi üçün əsas maneələri açıqlayıb
OECD: Dünya mənzil problemi ilə deyil, faktiki olaraq mənzil böhranı ilə üz-üzədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər