ADB və Yaponiya Asiya-Sakit okean regionunda enerji təhlükəsizliyi üzrə birgə təşəbbüs elan ediblər
Asiya İnkişaf Bankı (ADB) və Yaponiya Asiya-Sakit okean regionunda sahibkarlığa dəstək və enerji təhlükəsizliyinin artırılmasına yönəlmiş birgə proqram təqdim ediblər.
"Sizinxeber.az"un Səmərqəndə ezam olunmuş müxbiri xəbər verir ki, bu qərar ADB-nin Rəhbərlər Şurasının 59-cu illik iclası zamanı açıqlanıb.
"Enerji bazarlarındakı dəyişkənlik fonunda dövlətlərə mövcud çağırışların öhdəsindən gəlməyə imkan verəcək və eyni zamanda uzunmüddətli perspektivdə dayanıqlı inkişaf üçün təməl yaradacaq dəstək lazımdır. Biz region müəssisələrinə hazırda sabitliyi qorumağa imkan verəcək və eyni zamanda daha etibarlı və ekoloji cəhətdən təmiz enerji sistemlərinə keçidi təşviq edəcək bu təşəbbüsün həyata keçirilməsində əməkdaşlığa görə Yaponiyaya minnətdarlığımızı bildiririk", - ADB-in Prezidenti Masato Kanda deyib.
Proqram "Uzunmüddətli dayanıqlılıq üçün enerji təhlükəsizliyinin yaradılması tədbirləri" (ACCEL) adlandırılıb və dövlətlərə aktual sarsıntıların öhdəsindən gəlməkdə və gələcəkdə daha dayanıqlı enerji infrastrukturunun formalaşdırılmasında kömək etmək üçün maliyyə dəstəyi ilə investisiya resurslarının birləşdirilməsini nəzərdə tutur.
"Ümid edirik ki, ACCEL çərçivəsində bütün Asiya-Sakit okean regionu boyu iqtisadi inkişafı stimullaşdırmaq üçün Yaponiya təcrübəsi və texnologiyalarından istifadə etmək mümkün olacaq. Bu təşəbbüs münaqişələrdən zərər çəkmiş kiçik və orta müəssisələrin dəstəklənməsinə, eləcə də ADB-nin inkişaf etməkdə olan iştirakçı ölkələrində enerji sektorunun transformasiyasının sürətləndirilməsinə yönəlib. Yaponiya böhran əleyhinə tədbirlərin gücləndirilməsi məqsədilə bundan sonra da ADB ilə fəal əməkdaşlıq etmək niyyətindədir", - Yaponiyanın maliyyə naziri Satsuki Katayama bildirib.
Oxşar xəbərlər
Masato Kanda: "Asiya-Sakit okean regionu ümumi dayanıqlığı gücləndirməlidir"
Masato Kanda: Yaxın Şərqdəki hadisələr Asiya-Sakit Okean regionunun bütün sektorlarına təsir göstərib
AİB Özbəkistana hərtərəfli dəstəyi genişləndirmək niyyətindədir
Masato Kanda: AİB Asiyanın enerji sistemlərinin və rəqəmsal şəbəkələrinin birləşdirilməsinə 70 milyard dollar ayıracaq
Masato Kanda: "ADB-nin böhranın ilk sutkası ərzində pul ayırmaq imkanı var"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
AZAL: Yeni “Airbus A321neo” istənilən istiqamətdə təhlükəsiz istismar oluna bilər - VİDEO
-
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır
-
ABB bəzi kart əməliyyatları ilə bağlı texniki problem yarandığını açıqlayıb
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-2026: Son tura start verilir
