Masato Kanda: "ADB-nin böhranın ilk sutkası ərzində pul ayırmaq imkanı var"
Asiya İnkişaf Bankının (ADB) yeni mexanizmi - resursların operativ yenidən proqramlaşdırılması və yerləşdirilməsi (3RDO) opsiyası - inkişaf etməkdə olan üzv ölkələrə böhranın elə ilk günündə maliyyələşmə əldə etməyə imkan verir.
"Sizinxeber.az"un Səmərqəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu ADB-nin prezidenti Masato Kanda ADB Direktorlar Şurasının 59-cu illik iclası çərçivəsində keçirilən "ADB Insight" tədbirində bildirib.
Onun sözlərinə görə, ADB Yaxın Şərqdəki böhrana cavab olaraq maliyyə dəstəyi paketi elan edən ilk çoxtərəfli inkişaf bankı olub.
"Bu paketə bir sıra alətlər daxildir. Onlardan biri - tamamilə yeni olan - 3RDO-dur. Əslində, söhbət suveren əməliyyatların mövcud portfelindən vəsaitlərin yenidən bölüşdürülməsindən gedir. Bu, bizə maliyyələşdirməni sözün əsl mənasında bir gecədə - böhranın elə ilk günündə səfərbər etməyə imkan verir. Hazırda biz müvafiq sorğular alırıq və onları operativ şəkildə təmin etməyə texniki cəhətdən hazırıq", - M.Kanda qeyd edib.
O vurğulayıb ki, əsas vəzifələrdən biri də həyati əhəmiyyətli malların - enerji daşıyıcılarının, ərzaq və dərmanların fasiləsiz idxalının təmin edilməsidir:
"Burada ADB-nin özəl sektorun dəstəklənməsinə yönəlmiş ticarət və təchizat zəncirinin maliyyələşdirilməsi proqramı səmərəli şəkildə işə salınır. Biz 24-48 saat ərzində maliyyələşmə təqdim edə bilərik. Bu dəfə, istisna hal olaraq, neft idxalı da dəstəklənir. Artıq çoxlu sayda müraciət alınıb və özəl sektora əhəmiyyətli vəsaitlər yönəldilib".
Bundan başqa, o bildirib ki, ADB hökumətlərə fiskal məkanın genişləndirilməsində dəstək göstərir: "Bu, onlara baza dövlət xidmətlərinin göstərilməsini davam etdirməyə və əhalinin həssas təbəqələrini qorumağa imkan verir. Proqram və əks-tsiklik alətlər də daxil olmaqla, sürətlə ödənilən kreditlər vasitəsilə büdcə dəstəyimiz yüksək səmərəlilik nümayiş etdirir".
Oxşar xəbərlər
Masato Kanda: Yaxın Şərqdəki hadisələr Asiya-Sakit Okean regionunun bütün sektorlarına təsir göstərib
ADB prezidenti: Hazırkı enerji böhranı pandemiyanın nəticələrini üstələyir
AİB Özbəkistana hərtərəfli dəstəyi genişləndirmək niyyətindədir
Masato Kanda: AİB yeni mexanizm işə salır
Masato Kanda: "ADB 2030-cu ilə qədər özəl investisiyaların həcmini dörd dəfə artırmağı planlaşdırır"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
AZAL: Yeni “Airbus A321neo” istənilən istiqamətdə təhlükəsiz istismar oluna bilər - VİDEO
-
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır
-
ABB bəzi kart əməliyyatları ilə bağlı texniki problem yarandığını açıqlayıb
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-2026: Son tura start verilir
