AİB Özbəkistana hərtərəfli dəstəyi genişləndirmək niyyətindədir
Asiya İnkişaf Bankı (AİB) Özbəkistana ən müxtəlif sahələrdə dəstəyini bundan sonra da genişləndirməkdə qəti qərarlıdır.
"Sizinxeber.az"un Səmərqəndə ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə bankın prezidenti Masato Kanda AİB-nin Rəhbərlər Şurasının 59-cu illik iclasına həsr edilən mətbuat konfransında bildirib.
"Buna regional əməkdaşlıq və inteqrasiya daxildir. Əslində, Özbəkistan mənim indicə elan etdiyim iki təşəbbüsün ayrılmaz hissəsidir.
Panasiya elektrik şəbəkəsi və Asiya-Sakit okean rəqəmsal magistralı bu təşəbbüslərin hər ikisi həm Özbəkistan daxilində, həm də onun hüdudlarından kənarda enerji və rəqəmsal əlaqələri genişləndirməyə imkan verəcək", - o bildirib.
Kanda qeyd edib ki, əlaqələrin yaxşılaşdırılması biznes üçün imkanlar yaradaraq və ən ucqar bölgələrdəki insanlar üçün mühüm dövlət xidmətlərinə çıxışı təmin edərək bu problemlərin həllinə kömək göstərəcək.
"İnfrastruktur layihələri ilə yanaşı, AİB sosial müdafiəyə və insan kapitalının inkişafına birbaşa dəstəyini genişləndirəcək. AİB inklüziv, davamlı və sabit artımın dəstəklənməsinin bütün aspektlərində Özbəkistanla tərəfdaşlığı bundan sonra da möhkəmləndirəcək. Nəhayət, infrastruktur fəaliyyətimizin son dərəcə vacib hissəsidir, lakin bizim yekun missiyamız insanların, xüsusən də əhalinin ən yoxsul və həssas təbəqələrinin həyatını yaxşılaşdırmaqdır", - bankın rəhbəri əlavə edib.
Oxşar xəbərlər
Masato Kanda: AİB Asiyanın enerji sistemlərinin və rəqəmsal şəbəkələrinin birləşdirilməsinə 70 milyard dollar ayıracaq
AİB 2030-cu ilədək Cənubi Qafqaz və Mərkəzi Asiyaya 10 mlrd. dollardan çox sərmayə yatıracaq
Masato Kanda: AİB yeni mexanizm işə salır
Masato Kanda: "ADB 2030-cu ilə qədər özəl investisiyaların həcmini dörd dəfə artırmağı planlaşdırır"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
AZAL: Yeni “Airbus A321neo” istənilən istiqamətdə təhlükəsiz istismar oluna bilər - VİDEO
-
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır
-
ABB bəzi kart əməliyyatları ilə bağlı texniki problem yarandığını açıqlayıb
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-2026: Son tura start verilir
