sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Kürdə suyun səviyyəsi 9 sm qalxıb
Avtomat hidroloji stansiyaların mayın 12-si saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb.
Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Böyük Qafqaz ərazisindən axan Katexçay və Vəlvələçayda 2 sm, Kiçik Qafqaz ərazisindən axan Gəncəçayda 2 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Tərtərçay-Kəlbəcərdə 5 sm, Quruçayda 4 sm, Zabuxçayda 3 sm, Kür çayının aşağı axınında Kür-Salyanda 9 sm, Kür-Şirvanda 4 sm, Kür-Bankədə isə 2 sm artım qeydə alınıb.
Transsərhəd çay olan Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 2 sm artıb, su sərfi 547 m3/san olmaqla normanın 73%-ni təşkil edir.
Oxşar xəbərlər
Kürdə suyun səviyyəsi artıb
11 çayda suyun səviyyəsi qalxıb
Kürdə suyun səviyyəsi qalxıb
Bəzi çaylarda çaylarda sululuq artıb
Ondan çox çayda artım qeydə alınıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













