Elnur Əliyev: "Texnologiyaların mənimsənilməsi ilə tələb olunan bacarıqların 39 %-i transformasiya olunacaq"
Avtomatlaşdırma və texnoloji tərəqqi nəticəsində növbəti 5 ildə qlobal miqyasda 92 milyon iş yerinin azalacağı, əvəzində isə 170 milyon yeni iş yerinin yaradılacağı proqnozlaşdırılır.
“Report” xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda bildirib.
E. Əliyevin sözlərinə görə, Dünya İqtisadi Forumu tərəfindən hər il Davos Forumu ərəfəsində nəşr edilən “Gələcəyin Peşələri” (Future of Jobs) 2025-ci il hesabatına əsasən, texnologiyaların mənimsənilməsi ilə növbəti 5 ildə iş mühitində tələb olunan bacarıqların 39 %-i transformasiyaya məruz qalacaq.
Nazir müavini qeyd edib ki, süni intellekt və rəqəmsallaşma artıq yalnız texnoloji konfransların deyil, gündəlik həyatımızın, iş yerimizin və gələcəyimizin əsas müzakirə mövzusuna çevrilib:
“Mütərəqqi texnologiyalar məhsuldarlığı artırır, təkrarlanan və vaxt aparan prosesləri avtomatlaşdırır. Bunun nəticəsində insanlar daha yaradıcı və strateji işlərə fokuslana bilirlər. Lakin dinamik transformasiyaya adaptasiya hər kəs üçün asan deyil. Texnologiyaların tətbiqi sosial-iqtisadi inkişafı dəyişir, regionlararası rəqəmsal bərabərsizliyi artırır və bir sıra peşələrin tənəzzülünə səbəb olur. Bu səbəbdən texnologiyaların insan həyatına gələcək təsirini ölçmək məqsədilə bir çox qabaqcıl beyin mərkəzləri və texnologiya şirkətləri davamlı tədqiqatlar aparır”.
E. Əliyev, həmçinin məşhur texnoloji mütəxəssis, investor və yazıçı Azeem Azharın “Eksponential: Texnologiyanın sürətli inkişafı bizi necə geridə qoyur və bununla bağlı nə etməli” kitabına istinad edərək bildirib ki, texnologiyanın inkişaf sürəti cəmiyyətin, iqtisadiyyatın və siyasi qərarların sürətindən qat-qat irəlidədir:
“Bu sürətli inkişaf "exponential gap" - texnologiyanın potensialı ilə ictimai strukturların buna cavab vermə qabiliyyəti arasında boşluq yaradır”.
Oxşar xəbərlər
BƏT-in Baş direktoru: Süni intellekt və rəqəmsallaşma əməyin təhlükəsizliyi üçün geniş imkanlar yaradır
Elnur Əliyev: "Azərbaycan 2040-cı ilədək süni intellekt sektorunda 40 milyard dollarlıq əlavə dəyər yaratmağı hədəfləyir"
İstanbulda Beynəlxalq Strateji Kommunikasiya Forumu keçirilir
Bahar Muradova: Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsirləri artıb
Nazir müavini: Süni intellektin tətbiqi sahəsində təşəbbüsləri dinləməyə hazırıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-li konqresmendən Xameneiyə xəbərdarlıq: "Nə qədər ki, imkan var, İranı tərk et"
-
Ölkədə bəzi ərazilərdə qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
-
Cəlilabad Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub
-
Gündə dörd milyard dollar: ABŞ-nin Venesuela neftinə nəzarət üçün iddialı planı
-
Xamenei müraciət yaydı: Tramp devriləcək!
-
Xamenei: "İslam Respublikası etirazlar qarşısında geri çəkilməyəcək"












