Nazir müavini: Süni intellektin tətbiqi sahəsində təşəbbüsləri dinləməyə hazırıq
Özəl sektor nümayəndələrinə çağırış edərək demək istəyirəm ki, xidmət səviyyəsinin və əməliyyat səmərəliliyinin artırılması məqsədilə süni intellektin tətbiqini genişləndirməyə daha cəsarətlə yanaşsınlar.
“APA-Economics” xəbər verir ki, bunu “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda konfransda iqtisadiyyat nazirinin müavini Elnur Əliyev deyib.
“Dövlət olaraq biz bu istiqamətdə onları təşviq edəcək stimullaşdırıcı təşəbbüsləri dinləməyə və birlikdə işləməyə tam hazırıq”, - deyə nazir müavini bildirib.
O qeyd edib ki, qarşıdakı yeni çağırışlar fonunda rəqabətqabiliyyətli iqtisadiyyat yalnız texnologiyaya çevik uyğunlaşma və innovasiyaya açıq yanaşma ilə mümkün ola bilər:
“Bu baxımdan, həm dövlət, həm də özəl sektor səviyyəsində rəqəmsal həllərə və innovativ texnologiyalara yönəlmiş investisiyaların həcmi və təsir dairəsi artırılmalıdır. Bu, təkcə texnoloji modernizasiya deyil, eyni zamanda yeni iş yerlərinin yaradılması, məhsuldarlığın artırılması və dayanıqlı inkişaf üçün əsas vasitədir”.
Elnur Əliyev onu da bildirib ki, hazırda qarşıya çıxan ən ciddi məsələlərdən biri əmək bazarında bacarıq boşluğudur.
“Texnoloji inkişafın sürətlə davam etməsi nəticəsində yaranan “exponensial boşluq”ların yaratdığı təsirləri daha aydın şəkildə göstərmək üçün bir neçə məqamı diqqətinizə çatdırmaq istərdim. Süni intellekt, biotexnologiya, enerji istehsalı, superkompüter və şəbəkə texnologiyaları kimi sahələrdə inkişaf exponensial sürətlə artır. Dövlət qurumları, özəl sektor və və cəmiyyət bu dəyişikliklərə uyğunlaşmaqda gecikir. Qanunlar, idarəetmə strukturları və sosial normalar texnoloji yeniliklərin arxasında qalır. Yeni texnologiyalar bazar liderlərini daha da gücləndirir və iqtisadi qeyri-bərabərliyi artırır. Kiçik startaplar sürətlə yüksələ və bir anda nəhəng bazar payı əldə edə bilir. Əmək bazarında işçilərin müasir dövrün tələblərinə uyğun bacarıqlara malik olmaması həm mikro, həm də makro səviyyədə ciddi iqtisadi nəticələrə səbəb olur. Bilik və bacarıqların çatışmazlığı şirkətlərin məhsuldarlığını azaldır, bu isə onların rəqabət qabiliyyətinə mənfi təsir göstərir”.
Oxşar xəbərlər
Fariz Cəfərov: Süni intellektin nəqliyyat sektorunda tətbiqi ilə bağlı araşdırmalar aparırıq
Məmməd Musayev: Azərbaycanda 9 minə yaxın müəssisədə kollektiv müqavilələr var
Gələn ay Azərbaycana 160 elektrik mühərrikli avtobus gətiriləcək
Bernardo Mariano: BMT süni intellektin tətbiqini sürətləndirmək üçün imkanlarından istifadə etməlidir
Bahar Muradova: Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsirləri artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-li konqresmendən Xameneiyə xəbərdarlıq: "Nə qədər ki, imkan var, İranı tərk et"
-
Ölkədə bəzi ərazilərdə qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
-
Cəlilabad Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub
-
Gündə dörd milyard dollar: ABŞ-nin Venesuela neftinə nəzarət üçün iddialı planı
-
Xamenei müraciət yaydı: Tramp devriləcək!
-
Xamenei: "İslam Respublikası etirazlar qarşısında geri çəkilməyəcək"












