BƏT-in Baş direktoru: Süni intellekt və rəqəmsallaşma əməyin təhlükəsizliyi üçün geniş imkanlar yaradır
Süni intellekt və rəqəmsallaşma əməyin təhlükəsizliyinin artırılması, risklərin monitorinqinin məhsuldarlığının yüksəldilməsi baxımından geniş imkanlar təklif edir.
“Report” xəbər verir ki, bunu Beynəlxalq Əmək Təşkilatının (BƏT) Baş direktoru Jilber Hunqbo (Jilber Hungbo) Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunan “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransa videomüraciətində deyib.
Onun sözlərinə görə, bu texnologiyaların ciddi narahatlıqlar doğurduğu da məlumdur:
“Diqqətli və etika tələb edən bir tətbiq olmadan işçi nəzarəti və alqoritmik idarəetmə kimi alətlər hüquqları, şəxsi azadlığı və rifahı təhlükə altına bilər. Bunun qarşısını almaq və süni intellektin iş dünyasında faydalı məqsədlərlə istifadə olunmasını təmin etmək üçün insan mərkəzli yanaşma zəruridir. BƏT olaraq təhlükəsiz və sağlam iş mühiti yaratmaq üçün bundan sonra da sizi dəstəkləməyə hazırıq. Biz texnoloji innovasiyalardan istifadə edərək hamı üçün mühafizəkar inklüziv və layiqli əmək şəraitinin gücləndirilməsini təmin edə bilərik”.
Oxşar xəbərlər
Azərbaycanda gömrük proseslərinin sürətləndirilməsi üçün süni intellekt tətbiq ediləcək
II Şuşa Qlobal Media Forumunun üçüncü günü: Süni intellekt və KİV
Kaliforniya qubernatoru süni intellektə qarşı çıxıb
Fariz Cəfərov: "Süni intellektin tətbiqinin genişlənməsi yeni ixtisasların yaranmasına səbəb olacaq"
Oljas Bektenov: "Süni intellektin tətbiqi Qazaxıstanda ÜDM-in illik 2-3 % artımını təmin edəcək"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-li konqresmendən Xameneiyə xəbərdarlıq: "Nə qədər ki, imkan var, İranı tərk et"
-
Xamenei müraciət yaydı: Tramp devriləcək!
-
İranda etirazlar səngimir: Etirazçılara atəş açılıb, ölənlərin sayı artır
-
Xamenei: "İslam Respublikası etirazlar qarşısında geri çəkilməyəcək"
-
Tehran prokuroru İrandakı etirazçıları edam cəzası ilə hədələdi
-
Təhsil sənədlərinin "mygov" üzərindən rəqəmsal təqdim olunması artıq tam hüquqi qüvvəyə malikdir












