İstanbulda Beynəlxalq Strateji Kommunikasiya Forumu keçirilir
sizinxeber.az xəbər saytı

İstanbulda Beynəlxalq Strateji Kommunikasiya Forumu keçirilir


Türkiyənin İstanbul şəhərində ən böyük kommunikasiya zirvələrindən biri hesab olunan Beynəlxalq Strateji Kommunikasiya Forumu (Stratcom Summit 24) başlayıb.

“Sizinxeber.az” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən "Kommunikasiyada Süni İntellekt: Tendensiyalar, Tələlər və Transformasiya" mövzusunda bu il dördüncü dəfə təşkil edilən forumda kommunikasiya üzrə rəsmi nümayəndələr bir araya gəlib.

Tədbirin açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakçılara müraciəti oxunub. Sonra vitse-prezident Cevdet Yılmaz və Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun çıxış ediblər.

Konfrans çərçivəsində süni intellektin ünsiyyətə təsiri müzakirə edilir, yeni texnologiyaların təqdim etdiyi imkanlar və problemlər araşdırılır.

Forumda Azərbaycanı Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev təmsil edir.

O, “Süni intellekt və strateji tərəqqi: Azərbaycanın gələcəyi üçün bir baxış” mövzusunda çıxış edib.

Qeyd edilib ki, konfransda dünyanın 30 ölkəsindən 64 mütəxəssis iştirak edir. 8 panel, 4 çıxış və 6 təkbətək sessiyadan ibarət forumda ümumilikdə üç mindən çox qonaq təmsil olunur.

Oxşar xəbərlər

Qlobal İqlim Böhranında Strateji Kommunikasiya üzrə Dəyirmi Masa - "Stratcom Public Forum" keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fəxrəddin Altun: Türkiyə dünyada sülhün və sabitliyin təmin olunmasına çalışır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan G20 liderlərinin sammitində iştirak edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə PA rəmisi: Beynəlxalq media ikiüzlü davranır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyədən ABŞ və Rusiya arasındakı məhbus mübadiləsinə rəsmi reaksiya: Sülhə töhfə verməyə davam edəcəyik [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər