Azərbaycanın dövlət qurumlarına kiberhücumların sayı 15 % artıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
02 
apr
2025
11:00

Azərbaycanın dövlət qurumlarına kiberhücumların sayı 15 % artıb

02 apr, 2025
11:00
877

Azərbaycanın dövlət qurumlarına kiberhücumların sayı 15 % artıb

Bu ilin yanvar-mart aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına 290 kiberhücum indikatoru (IOC) müəyyən edib.

“Sizinxeber.az”un Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15 % çoxdur.

Kibertəhdidlərin 98-i daxili araşdırma, 192-i isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

Təkcə martda isə 28 kiberhücum müəyyən olunub ki, bu da 1 il əvvələ nisbətən 58 % azdır.

Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 136,36 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 2 milyon 107 min 800, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 40 056 zərərverici tərkibli elektron sənəd blok edilib.

Bizimlə əlaqə saxlayın