Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib
sizinxeber.az xəbər saytı

Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib


Azərbaycan Hava Yollarının (AZAL) 27 iyun 2026-cı il tarixinə planlaşdırılan Bakı–Naxçıvan reysləri Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti səbəbindən ləğv edilib.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən "Sizinxeber.az-Economics"ə verilən məlumata görə, sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat veriləcək və hava şəraiti sabitləşdikdən sonra uçuşlar ştat rejimdə icra edilməyə davam edəcək.

AZAL-da bütün qərarlar sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edilir və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilir.

Oxşar xəbərlər

Bakı–Naxçıvan aviareysi ildırımlı hava şəraiti səbəbindən ləğv edilib
Bakı–Naxçıvan aviareysləri ləğv edilib
AZAL Bakıdan Naxçıvana reysləri bərpa edib- YENİLƏNİB
AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələri hava şəraiti ilə əlaqədar Bakıya geri qayıdıb
AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələri hava şəraiti ilə əlaqədar Bakıya qayıdıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər