Əfqanıstanda şiddətli yağışlar 5 nəfərin həyatına son qoyub
sizinxeber.az xəbər saytı

Əfqanıstanda şiddətli yağışlar 5 nəfərin həyatına son qoyub


Əfqanıstanda daşqın, tufan və torpaq sürüşmələrinə səbəb olan şiddətli yağışlar nəticəsində azı 5 nəfər həlak olub.

"Sizinxeber.az" "Xinhua"ya istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli İdarəsi məlumat yayıb.

Qurumun nümayəndəsinin sözlərinə görə, son 48 saat ərzində təbii fəlakətlər Kabil, Zabul, Qəndəhar, Səməngan, Təxar, Nəngərhar, Ləğman və Künər əyalətlərinə təsir göstərib.

Təbii fəlakət insan ölümü ilə yanaşı, ciddi maddi ziyan da vurub. Hakimiyyət orqanlarının məlumatına görə, 30 yaşayış evi tamamilə və ya qismən dağılıb, 60 kilometrdən çox kənd yolu yuyulub, 225 akr kənd təsərrüfatı sahəsini su basıb.

Rəsmi statistikaya əsasən, martın sonundan bəri Əfqanıstanda şiddətli yağışlar, qəfil daşqınlar və güclü tufanlar nəticəsində 314-dən çox insan həlak olub, 400-ə yaxın insan isə xəsarət alıb.

Oxşar xəbərlər

Keniyada daşqınlar və torpaq sürüşmələri 18 nəfər ölümünə səbəb olub
Şri-Lankada daşqınlar 118 mindən çox insana təsir edib
Cənubi Koreyada daşqınlar nəticəsində dörd nəfər həlak olub, 5 mindən çox insan təxliyə edilib
Əfqanıstanda leysan yağışlar nəticəsində 13 nəfər ölüb
Nigerdə daşqınlar 47 nəfərin həyatına son qoyub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər