Mariya Stenerqard: Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır
sizinxeber.az xəbər saytı

Mariya Stenerqard: Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır


İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard dayanıqsız atəşkəs rejimi fonunda Yaxın Şərqdəki vəziyyəti "son dərəcə gərgin" kimi xarakterizə edib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə İsveçin XİN rəhbəri "X" sosial şəbəkəsində yazıb.

"Yaxın Şərqdə vəziyyət hələ də son dərəcə gərgin olaraq qalır. Gecə saatlarında İsrail və Livan arasında imzalanmış çərçivə sazişi daxilində sülhün bərqərar olması istiqamətində təqdirəlayiq addımlar atıldığı bir vaxtda, biz İran və ABŞ arasındakı atəşkəs rejiminin nə qədər dayanıqsız olduğunu müşahidə edirik", - o yazıb.

Nazir əlavə edib ki, İsveç bütün tərəfləri təmkinli olmağa və Hörmüz boğazı vasitəsilə azad və təhlükəsiz gəmiçiliyin təmin edilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi üzrə işləri davam etdirməyə çağırır.

Oxşar xəbərlər

İsveçin İrandakı səfirliyi Bakıda fəaliyyət göstərir
İsveçin İrandakı səfirliyi müvəqqəti olaraq Bakıda fəaliyyət göstərir
İsveçin yeni xarici işlər nazirinin adı bəlli olub
İsveçin yeni xarici işlər naziri bəlli olub
Avropa liderləri İran və İsraili təmkinli olmağa çağırıblar - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər