Baş nazir: Xorvatiya 2030 ilə qədər müdafiə xərclərini artıracaq
Xorvatiya 2030-cu ilə qədər müdafiə xərclərini planlı şəkildə artırmağı davam edəcək.
"Report"un Balkan bürosu xəbər verir ki, bunu Xorvatiyanın Baş naziri Andrey Plenkoviç Dubrovnik Forumu çərçivəsində keçirilən "Çoxqütblülük dövrü: Yeni reallıqların idarə olunması" adlı paneldə bildirib.
Baş nazir qeyd edib ki, Rusiyanın Ukraynada apardığı müharibə Avropanın təhlükəsizlik arxitekturasını dəyişdirən dönüş nöqtəsi oldu və müdafiə potensialının sistemli şəkildə gücləndirilməsinin vacibliyini göstərdi:
"Xorvatiya müdafiə xərclərini ÜDM-in 2 %-i səviyyəsinə çatdırmaq hədəfini yerinə yetirib və 2030-cu ilə qədər bu göstəricini planlı şəkildə artırmağı davam etdirəcək. Bu isə sabit iqtisadi artım və dövlət maliyyəsinin məsuliyyətli idarə olunması sayəsində əsas prioritetlərin maliyyələşdirilməsi üçün fiskal imkanlar yaradır".
O, həmçinin Avropanın müdafiə sənayesi və texnoloji bazasının gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb:
"Xorvatiya bu sahədə öz imkanlarını inkişaf etdirir və getdikcə daha çox Xorvatiya şirkəti müasir müdafiə texnologiyaları və innovativ həllər sahəsində uğurla mövqe tutur".
Oxşar xəbərlər
Xorvatiyanın Baş naziri: İqlim maliyyəsinin artırılmasını dəstəkləyirik
Finlandiya ölkənin müdafiə büdcəsini artırmağı planlaşdırır
KİV: Tramp Yaponiya Baş naziri ilə görüşdə müdafiə xərclərinin artırılmasını tələb edəcək
Aİ-nin müdafiə xərcləri 300 milyard avroya çatıb
İspaniya son 10 ildə hərbi xərclərini 70 % artırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında üçüncü qol vurulub - YENİLƏNİR-5
