Azərbaycan meşə fındığı ixracından gəlirini 38 %-dən çox artırıb
sizinxeber.az xəbər saytı

Azərbaycan meşə fındığı ixracından gəlirini 38 %-dən çox artırıb


Bu ilin yanvar-may aylarında Azərbaycan 7 min 756 ton meşə fındığı ixrac edib.

"Sizinxeber.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə meşə fındığının dəyəri 90,2 milyon ABŞ dolları olub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 667 ton (17,6 %) az, dəyər baxımından isə 25 milyon ABŞ dolları (38,2 %) çoxdur.

Hesabat dövründə meşə fındığı ixracından əldə olunan gəlir Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,6 %-ni təşkil edib.

Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 20 milyard 788 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 13 milyard 970 milyon ABŞ dolları ixracın, 6 milyard 818 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 31,6 % azalıb.

Oxşar xəbərlər

Azərbaycan meşə fındığı ixracından gəlirini 2 dəfə artırıb
Azərbaycan meşə fındığı ixracından gəlirini 58 % artırıb
Azərbaycan tomat ixracından gəlirini 5 %-dən çox artırıb
Azərbaycan tomat ixracından gəlirini 1 % artırıb
Azərbaycan alma ixracından gəlirini 29 %-ə yaxın artırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər