UKMTO: Oman körfəzində gəmiyə mərmi atılıb
sizinxeber.az xəbər saytı

UKMTO: Oman körfəzində gəmiyə mərmi atılıb


Oman körfəzində yük gəmisi mərmi zərbəsinə məruz qalıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) saytındakı bəyanatda bildirilib.

"Yük gəmisi naməlum mərminin zərbəsinə məruz qalıb, bu da zədələnməyə səbəb olub", - bəyanatda qeyd olunub.

Britaniyanın dəniz idarəsi bildirib ki, hadisə Omanın Dahit bölgəsindən 7,5 dəniz mili (13,89 kilometr) cənub-şərqdə baş verib.

Qeyd olunub ki, hadisə nəticəsində xəsarət alan yoxdur və ətraf mühitə ziyan dəyməyib.

UKMTO bu ərazidəki gəmilərə keçid zamanı ehtiyatlı olmağı və hər hansı şübhəli fəaliyyət barədə məlumat verməyi tövsiyə edib.

Oxşar xəbərlər

UKMTO: Fars körfəzində atəşə tutulan yük gəmisində partlayış baş verib
Oman sahillərində növbəti gəmi insidenti baş verib
İranın Kiş adasının cənubunda konteyner gəmisi hücuma məruz qalıb
UKMTO: Yəmənin Sokotra adası yaxınlığında insident baş verib
Oman sahillərində tankerdə yanğın baş verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər