Azərbaycanın dövlət qurumlarına kiberhücumlar 45 % artıb
sizinxeber.az xəbər saytı

Azərbaycanın dövlət qurumlarına kiberhücumlar 45 % artıb


Bu ilin yanvar ayında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına 142 kiberhücum indikatoru (IOC) müəyyən edib.

“Sizinxeber.az”un Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, bir il əvvəlki göstəricidən 45 % çoxdur.

Kibertəhdidlərin 43-ü daxili araşdırma, 99-u isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 46,565 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 337 min, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 19 383 zərərverici tərkibli elektron sənəd blok edilib.

Oxşar xəbərlər

Azərbaycanın dövlət qurumlarına kiberhücumlar azalıb
Azərbaycanın dövlət qurumlarına kiberhücumlar 11 % azalıb
Azərbaycanın dövlət qurumlarına kiberhücumlar oktyabrda azalıb
Azərbaycanın dövlət qurumlarına kiberhücumlar 2 dəfədən çox azalıb
Azərbaycanın dövlət qurumlarına kibertəhdidlər 21 % azalıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle