Azərbaycanın dövlət qurumlarına kiberhücumlar 2 dəfədən çox azalıb
Bu ilin yanvar-avqust aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarına 675 kiberhücum indikatoru (IOC) müəyyən edib.
“Report”un XRİTDX-in məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, bir il əvvəlki göstəricidən 17 % azdır.
Kibertəhdidlərin 340-ı daxili araşdırma, 335-i isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.
Təkcə avqust ayında 52 kiberhücum müəyyən olunub ki, bu da 1 il əvvələ nisbətən 2,3 dəfə azdır.
Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 560,7 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 3 milyon 43 min 900, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 170 min 768 zərərverici tərkibli elektron sənəd blok edilib.
Oxşar xəbərlər
Azərbaycanın dövlət qurumlarına kiberhücumlar 11 % azalıb
Azərbaycanda dövlət qurumlarına məxsus yeni domenlərin sayı 28 % azalıb
Dövlət Xidməti: 73 dövlət qurumu informasiya təhlükəsizliyi tələbi üzrə rəy almaq üçün müraciət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Biləsuvarda son 5 ildə aqrar sektora 50 milyon manat investisiya qoyulub
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
