Pekində baş vermiş təyyarə qəzasından sonra bir nəfərin öldüyü, 13 nəfərin xəsarət aldığı bildirilib
sizinxeber.az xəbər saytı

Pekində baş vermiş təyyarə qəzasından sonra bir nəfərin öldüyü, 13 nəfərin xəsarət aldığı bildirilib


Çinin paytaxtı Pekində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində pilot həlak olub, 13 nəfər isə yaralanıb.

"Sizinxeber.az" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Çaoyan rayon administrasiyası məlumat yayıb.

Bildirilib ki, hadisə iyunun 26-da baş verib. Birmühərrikli ikinəfərlik yüngül idman təyyarəsi uçuş zamanı hündürmərtəbəli binaya dəyib.

"Göyərtədə yalnız pilot olub, o da həlak olub", - administrasiyanın bəyanatında bildirilib.

Qəzanın səbəbləri hələlik açıqlanmır.

İlkin məlumatlara görə, toqquşma nəticəsində hündürmərtəbəli binanın fasadının iki böyük şüşə paneli zədələnib. Xəsarət alan 13 nəfərin hamısına tibbi yardım göstərilir.

Hakimiyyət orqanları hadisənin səbəblərini araşdırır.

Oxşar xəbərlər

Litvada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, pilot ölüb
BƏƏ-də yüngül mühərrikli təyyarə qəzaya uğrayıb
Rusiyada təyyarə qəzaya uğrayıb, pilot ölüb
ABŞ-də kiçik mühərrikli təyyarə qəzaya uğrayıb
ABŞ-da təyyarə qəzasında 5 nəfər həlak olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər