Azərbaycan piy və yağ ixracından gəlirini 57 % artırıb
Bu ilin yanvar-may aylarında Azərbaycan 15,2 milyon ABŞ dolları dəyərində 10 min 285 ton bitki və heyvan mənşəli piy və yağ ixrac edib.
"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə idxal edilən məhsulun dəyəri 57 %, həcmi isə 32 % artıb.
Hesabat dövründə bitki və heyvan mənşəli piylər və yağların ixracından əldə olunan gəlir Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,1 %-ni təşkil edib.
5 ay ərzində Azərbaycan həmçinin 101,2 milyon ABŞ dolları dəyərində 62 min 363 ton bitki və heyvan mənşəli piy və yağ idxal edib.
Bunlar isə, ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 34,8 %, həcm baxımından isə 31,8 % çoxdur.
Hesabat dövründə bitki və heyvan mənşəli piylər və yağların idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1,4 %-ni təşkil edib.
Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 20 milyard 788 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 13 milyard 970 milyon ABŞ dolları ixracın, 6 milyard 818 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 31,6 % azalıb.
Oxşar xəbərlər
Azərbaycan piy və yağ ixracını kəskin artırıb
Azərbaycan çay idxalı və ixracını artırıb
Azərbaycan çay ixracını artırıb, idxalını isə azaldıb
Azərbaycanın meyvə-tərəvəz ixracından gəlirləri 187 milyon dolları ötüb
Azərbaycan çay idxalını artırıb, ixracını isə azaldıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında üçüncü qol vurulub - YENİLƏNİR-5
