Qətər rəsmisi: Azərbaycanda uğurlu investisiya layihələri yaratmağa çalışırıq
Azərbaycanla Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələr arasında ticarət dövriyyəsi 2015-ci illə müqayisədə 2023-cü ildə 2 dəfə artıb. Ticarət dövriyyəmiz 1,8 milyard dollara çatıb.
“Sizinxeber.az-Economics” xəbər verir ki, bunu Azərbaycan - Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrinin 2-ci iqtisadi forumunda çıxışı zamanı Qətər Ticarət və Sənaye nazirinin müşaviri Mohammed bin Hassan Al Malki deyib.
O bildirib ki, KƏŞ ölkələri Azərbaycanla əlaqələrin inkişafında yeni səviyyəyə çata bilər:
“Məqsəd Azərbaycanla KƏŞ ölkələri arasında əməkdaşlığı artırmaqdır. İqtisadi və ticarət sahəsində uğurlu investisiya layihələri yaratmağa çalışırıq.
Azərbaycanla energetika, mədən, enerji və digər sahələrdə qarşılıqlı investisiya üçün prespektivlər var. İqtisadi sahələrin diversifikası, kənd təsərrüfatı, qida təhlükəsizliyi sahəsində əməkdaşlıq genişləndirilməlidir. Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün təşəbbüsləri dəstəkləyəcəyik. KƏŞ-ə üzv ölkələrlə Azərbaycan arasında 2024-2028-ci illər üzrə ortaq fəaliyyət planı müxtəlif sahələrdən strateji əməkdaşlığı əks etdirir".
Oxşar xəbərlər
Bakıda Azərbaycan-Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin iqtisadi forumu keçirilir
Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2.5 mlrd. dolları ötüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
DÇ-2026: Belçika - İran oyununda ilk hissə bitib - YENİLƏNİR
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
