Özbəkistan kibertəhlükəsizlik sahəsində kadr hazırlığını strateji prioritetə çevirib
Son dövrdə kibertəhlükəsizlik milli dayanıqlılıq, iqtisadi sabitlik və ictimai etibar baxımından mühüm məsələyə çevrilib.
"Sizinxeber.az" xəbər verir ki, bunu Özbəkistanın Kibertəhlükəsizlik Mərkəzinin dövlət qurumlarında kibertəhlükəsizlik məsələlərinin koordinasiyası şöbəsinin müdiri Azamat Abdullaev Bakıda keçirilən IV Milli Kibertəhlükəsizlik Forumu çərçivəsində panel müzakirələrində bildirib.
O qeyd edib ki, məhz bu səbəbdən ixtisaslı kibertəhlükəsizlik kadrlarının hazırlanması Özbəkistanın əsas prioritet istiqamətlərindən birinə çevrilib: "Özbəkistanda son bir neçə il ərzində biz kibertəhlükəsizlik sahəsində kadr yetişdirmə səylərini xeyli genişləndirmişik, bu istiqamətə təlimlər, kiber məşqlər, maarifləndirmə proqramları və universitet təşəbbüsləri daxildir. Biz dövlət sektorunda minlərlə mütəxəssis və tələbəyə çatmağı bacarmışıq. Yeni tətbiqə verilmiş kibertəhlükəsizlik və kritik infrastruktur qaydaları ölkə miqyasında dövlət təşkilatlarının öhdəliklərini ciddi şəkildə genişləndirib. İkincisi, 100-dən artıq dövlət qurumunda 1 000-dən çox kibertəhlükəsizlik mütəxəssisinin peşəkar səriştəsini operativ şəkildə artırmağa təcili tələbat yaranmışdı. Bundan başqa, bəzi kiçik təşkilatların texniki imkanları və insan resursları məhdud idi".
A. Abdullaevin fikrincə, ənənəvi təlim formatları və vebinarlar real əməliyyat bacarıqlarının formalaşdırılması üçün yetərli deyil: "Kibertəhlükəsizlik bacarıqları yalnız davamlı praktik məşğələlər və real dünya təcrübəsi vasitəsilə inkişaf etdirilə bilər. Bu səbəbdən biz birdəfəlik tədris tədbirləri əvəzinə uzunmüddətli potensialın gücləndirilməsinə istiqamətlənmiş ekosistem əsaslı yanaşmanı mənimsəmişik. Məqsədimiz bilikdən bacarığa və bacarıqdan milli davamlılığa keçidi təmin etməkdir. Bu, fasiləsiz öyrənmə kanallarının, praktiki təlimlərin, əməliyyat icmalarının və dayanmadan bacarıq artırma mexanizmlərinin formalaşdırılması deməkdir".
Şöbə müdiri potensialın gücləndirilməsi modelinin bir sıra əsas sütunlara söykəndiyini qeyd edib: "Birincisi, dövlət orqanları, kritik infrastruktur müəssisələri, akademik dairələr və özəl sektor təşkilatları da daxil olmaqla milli maraqlı tərəflərin prosesə cəlb olunmasını nəzərdə tutur. İkincisi, kiber məşqlər, masa üstü təlimlər və praktik simulyasiyalar vasitəsilə praktiki bacarıqların inkişaf etdirilməsinə yönəlib. Biz eyni zamanda erkən xəbərdarlıq sistemləri, zərərli proqram kəşfiyyatının mübadiləsi platformaları və canlı əməliyyat bildirişlərindən istifadə edərək real kibertəhdidlərdən birbaşa öyrənməyə xüsusi diqqət yetiririk. Digər önəmli istiqamət isə universitet proqramları, kibertəhlükəsizlik klubları və ali təhsil müəssisələri ilə əməkdaşlıq yolu ilə akademik istedadların yetişdirilməsidir".
Oxşar xəbərlər
Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilir
Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçiriləcək
Samir Məmmədov: “Kibertəhlükəsizlik milli təhlükəsizlik məsələsinə çevrilib”
Fərid Osmanov: “Azərbaycanda rəqəmsal inkişafın sürətlənməsi kibertəhlükəsizlik üzrə kadrlara tələbatı artırır”
İRİA: Azərbaycanda yerli kibertəhlükəsizlik məhsullarının inkişafı bu sahənin dayanıqlı inkişafını dəstəkləyə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp dünyanı ŞOKA saldı: İran tamamilə təslim oldu!
-
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
-
Yeni qanun layihəsi Böyük Qayıdış prosesinin hüquqi tənzimlənməsini əhatələyir - RƏY
-
İmişlidə açıq ərazidə və sexdə yanğın olub
-
Bakıda "Azerbaijan Jewelry Show" sərgisi keçirilir
-
Bu gün geomaqnit qasırğası olacaq
