Türkiyə rəsmisi: "Kibertəhlükəsizlik bir ölkənin və cəmiyyətin təkbaşına həll edəcəyi məsələ deyil"
Kibertəhlükəsizlik bir ölkənin və cəmiyyətin təkbaşına həll edəcəyi məsələ deyil.
"Report" xəbər verir ki, bunu Türkiyənin Müdafiə Sənayesi İdarəsinin müşaviri, Kibertəhlükəsizlik Klasterinin baş koordinatoru Alpaslan Kesici Bakıda keçirilən IV Milli Kibertəhlükəsizlik Forumu çərçivəsində panel müzakirələrində bildirib.
"Kəşfiyyat məlumatlarını paylaşmadan, orta məhsullar hazırlamadan və ortaq təlimlər keçirmədən bu işi bacarmaq mümkün deyil. Bu gün dost və müttəfiq ölkələrlə birlikdə bu çağırışlara cavab verməyin yollarını tapmaq lazımdır. Hazırda bizim 400-ə yaxın məhsulumuz var. Bu məhsulların həm Türkiyədə, həm də dünyada daha da yayılması üçün bir çox fəaliyyətlər həyata keçiririk. Testlər edirik, bunun üçün test mərkəzimiz var", - deyə o qeyd edib.
Qonaq əlavə edib ki, bu gün xüsusilə süni intellekt sahəsində kadr çatışmazlığı var: "Süni intellekt dediyimiz alətlər olsa da, iş yekunda yenə də insan resursuna gəlib çıxır. Bizim təhsilə dair bir çox fəaliyyətimiz var. Çünki yeni kibertəhlükəsizlik problemləri, yeni təhdidlər ortaya çıxa bilir. Bunların da öhdəsindən gələ bilən insanın özüdür. Biz orta məktəbdən universitetlərə qədər bir çox şəxsə müxtəlif təlimlər veririk. Yüz ədəd universitetimizdə icmalar var. Bu icmalarla birlikdə hərəkət edirik, onları öyrədirik, sertifikatlaşdırırıq. Onları öz öyrəndiklərini tətbiq etmək üçün firmalara yönəldirik, ixtisaslaşırlar və bəyəndirdikləri iş tapmaq imkanları olur. Ekosistem dediyimiz şey yalnız məhsulla deyil, texnologiya ilə deyil, insanla bağlıdır. İnsanı da biz bir şəkildə öyrətməliyik".
Kibertəhlükəsizliyin dayanıqlılıq tələb edən bir mövzu olduğunu deyən A. Kesici burada təhsilin, texnologiyalara investisiyaların çox vacib olduğunu diqqətə çatdırıb: "Kibertəhlükəsizlik bir məhsul deyil, davam edən prosesdir. Bütün gənclərin ən azı bir ədəd məhsulu olmalıdır. Çünki bizə məhsul lazımdır. Müvafiq qurumlar sizə mentorluq edəcək. O məhsullarınızı daha da inkişaf etdirmək, qlobal marka formasına salmaq lazımdır. Azərbaycandan çıxan bir "Firewall" məhsulu, bir "Mac" məhsulu niyə olmasın?"
Oxşar xəbərlər
"Huawei Technologies": Kibertəhlükəsizlik kollektiv müdafiə tələb edir
Qazaxıstanda süni intellektə vəzifə verilib
Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilir
İcraçı direktor: Milli Kibertəhlükəsizlik Forumunda 1500-dən çox iştirakçı qeydiyyatdan keçib
Moldova rəsmisi: "Kibertəhdidlər üçün sərhəd anlayışı yoxdur"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp dünyanı ŞOKA saldı: İran tamamilə təslim oldu!
-
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
-
Yeni qanun layihəsi Böyük Qayıdış prosesinin hüquqi tənzimlənməsini əhatələyir - RƏY
-
İmişlidə açıq ərazidə və sexdə yanğın olub
-
Bakıda "Azerbaijan Jewelry Show" sərgisi keçirilir
-
Bu gün geomaqnit qasırğası olacaq
