Fərid Qayıbov: "Üzgüçülük hamı üçün" layihəsi bu idman növünün təbliğinə xidmət edir"
sizinxeber.az xəbər saytı

Fərid Qayıbov: "Üzgüçülük hamı üçün" layihəsi bu idman növünün təbliğinə xidmət edir"


Bu, üzgüçülük idman növünün təbliğinə yönəlmiş bir tədbirdir.

"Sizinxeber.az" xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçirilən "Üzgüçülük hamı üçün" layihəsinin final mərhələsinin açılış mərasimində deyib.

O, rəhbərlik etdiyi nazirliyin kütləviliyə hesablanmış layihələri və turnirin gedişatı barədə məlumat verib:

"Azərbaycan və Türkiyə təmsilçilərinin qatıldığı yarışların final mərhələsidir. Bir gün ərzində ölkənin bütün hovuzlarında eyni vaxtda turnir keçirilir və təsnifat mərhələsindən finala vəsiqə qazanan müxtəlif yaş qrupları üzrəı idman həvəskarları bu gün finalda mübarizə aparırlar. Təbii ki, bu, üzgüçülük idman növünün təbliğinə yönəlmiş bir tədbirdir".

F.Qayıbov yarışın artıq 6-cı ildir təşkil olunduğunu sözlərinə əlavə edib:

"Turnirin ilk 2 ili yalnız milli səviyyədə keçirilib. Son 4 ildə isə beynəlxalq status qazanaraq müxtəlif ölkələrin iştirakı ilə baş tutur".

Oxşar xəbərlər

Fərid Qayıbov: "Sevindirici haldır ki, “Üzgüçülük hamı üçün” layihəsinin iştirakçılarının sayı artmaqdadır"
Bakıda "Üzgüçülük hamı üçün" layihəsinin final mərhələsinin açılış mərasimi olub
Fərid Qayıbov Avropa Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb
Bakıda üzgüçülük üzrə “Parlaq Ulduz” Uşaq Liqasının III final mərhələsi keçiriləcək
Fərid Qayıbov: "Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirində fərqli finala şahidlik etdik"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər