"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir
Hazırda "Şahdəniz" yatağında ümumi hasilat ildə 27 milyard kubmetr qaz və gündəlik 80 min bareldən çox kondensat təşkil edir.
"Report" xəbər verir ki, bu barədə layihənin texniki operatoru olan "BP-Azərbaycan" şirkətinin məlumatında bildirilib.
"Hazırda yataqdan qaz hasilatı "Şahdəniz-1" və "Şahdəniz-2" layihələri çərçivəsində həyata keçirilir. İşlənmənin birinci mərhələsi nəzərə alınmaqla, hazırda yataqda ümumi hasilat ildə 27 milyard kubmetr qaz və gündəlik 80 min bareldən çox kondensat təşkil edir", - məlumatda vurğulanıb.
Bununla yanaşı, şirkətin məlumatına görə, hazırda "Şahdəniz-2" layihəsi çərçivəsində ildə 17 milyard kubmetr qaz hasil edilir.
"Mövcud "Şahdəniz" obyektlərinin istehsal gücü gündəlik 76 milyon kubmetri və ya ildə 28 milyard kubmetri ötür", - məlumatda bildirilib.
"Şahdəniz" yatağının işlənməsi üzrə müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və həmin il oktyabrın 17-də Milli Məclis tərəfindən ratifikasiya edilib.
"Şahdəniz" üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), "Lukoil" (19,99 %), TPAO (19 %), NİCO (10 %), "Cənub Qaz Dəhlizi" (16,02 %), MVM (5 %).
Oxşar xəbərlər
"Şahdəniz"dən 278 milyard kubmetr qaz hasil edilib
“Şahdəniz” yatağından hasil edilmiş qazın həcmi 250 milyard kubmetrə çatıb
Azərbaycan 8 ayda qaz hasilatını 2,5 % artırıb
“Şahdəniz-2” layihəsi çərçivəsində hasil edilən kondensat və qazın həcmi açıqlanıb
Bu ilin əvvəlindən “Abşeron” yatağından 1,1 milyard kubmetr qaz hasil edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp dünyanı ŞOKA saldı: İran tamamilə təslim oldu!
-
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
-
Yeni qanun layihəsi Böyük Qayıdış prosesinin hüquqi tənzimlənməsini əhatələyir - RƏY
-
Pərviz Səfərov: Bundan sonra Ukraynadan daha 30 uşağın Azərbaycana gəlməsi planlaşdırılır
-
İmişlidə açıq ərazidə və sexdə yanğın olub
-
Bakıda "Azerbaijan Jewelry Show" sərgisi keçirilir
