Brüsseldə polis və etirazçılar arasında toqquşmalar baş verib
Brüsseldə təhsil sistemində planlaşdırılan islahatlara qarşı çıxan etirazçılarla polis arasında toqquşmalar baş verib.
"Report" xəbər verir ki, bu barədə "The Brussels Times" məlumat yayıb.
Bildirilib ki, mindən çox adam, əsasən gənclər planlaşdırılan islahatlara etiraz etmək üçün Brüssel Mərkəzi Vağzalının qarşısına toplaşıblar. Hadisə yerinə polis və yanğınsöndürənlər cəlb olunub. Aksiyanı dağıtmaq üçün polis su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib. Nümayişçilərin vağzalın yaxınlığında maneələri, velosipedləri və digər əşyaları yandırması ilə vəziyyət gərginləşib. İğtişaşlar zamanı fişənglər də atılıb.
Şəhər polisi Brüssel boyu baş verən və metronun fəaliyyətində fasilələrə səbəb olan bir neçə insident barədə məlumat verib. O, sosial şəbəkələrdə şəhər sakinlərinə mərkəzi vağzal ərazisindən uzaq durmaq barədə xəbərdarlıq edib.
"Əməkdaşlarımız hadisə yerində işləyir və nəqliyyatın fasiləsiz hərəkətini təmin etmək üçün dolama yollar təşkil edirlər", - məlumatda qeyd olunub.
Zərərçəkənlər və ya saxlanılanlar barədə məlumat verilmir.
Belçika hakimiyyəti ali təhsil müəssisələrində illik təhsil haqqını hazırkı 835 avrodan təxminən 1 100 avroya qədər artırmağı planlaşdırır. O, həmçinin orta məktəbin yuxarı sinif müəllimlərinin həftədə əlavə iki saat dərs keçməsini təklif edir.
Oxşar xəbərlər
Afinada polis və yanğınsöndürənlər arasında qarşıdurma baş verib, yaralılar var
Parisdə etiraz aksiyası zamanı polis gözyaşardıcı qaz tətbiq edib
Brüsseldə etiraz aksiyasında dörd polis yaralanıb
Parisdə 1 May nümayişi zamanı etirazçılarla polis arasında toqquşma olub
İndoneziyada mülki əhali ilə polis arasında toqquşmalar baş verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp dünyanı ŞOKA saldı: İran tamamilə təslim oldu!
-
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
-
Yeni qanun layihəsi Böyük Qayıdış prosesinin hüquqi tənzimlənməsini əhatələyir - RƏY
-
Pərviz Səfərov: Bundan sonra Ukraynadan daha 30 uşağın Azərbaycana gəlməsi planlaşdırılır
-
İmişlidə açıq ərazidə və sexdə yanğın olub
-
Bakıda "Azerbaijan Jewelry Show" sərgisi keçirilir
