Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb
Beynəlxalq Əmək Təşkilatının (BƏT) Cenevrədə (İsveçrə) keçirilən Beynəlxalq Əmək Konfransının 114-cü sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev ölkəmizin BƏT-in daha bir Konvensiyasına qoşulmasına dair bildirişi Təşkilatın Baş direktoru Jilber Hunqboya təqdim edib.
Bu barədə Sizinxeber.az-ya Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyindən məlumat verilib.
Bildirilib ki, “Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında” 187 nömrəli Konvensiya bu ilin əvvəlində Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilib.
Anar Əliyevlə Jilber Hunqbonun görüşündə Azərbaycanın ötən dövrdə Təşkilatın artıq 60 Konvensiyasına qoşulduğu və daha bir sıra konvensiyaların ratifikasiya imkanlarının nəzərdən keçirildiyi diqqətə çatdırılıb.
Sessiya çərçivəsində nazir Anar Əliyevin Türkiyənin əmək və sosial müdafiə naziri Vedat İşıkhanla görüşündə ölkələrimiz arasında münasibətlərin qardaşlıq və strateji müttəfiqlik səviyyəsində olduğu vurğulanıb. İki nazirlik arasında əməkdaşlıq gündəliyinə, habelə işçi qüvvəsinin ixracı ilə bağlı əməkdaşlığın davamlı və daha intensiv xarakter almasına dair fikir mübadiləsi aparılıb.
Litvanın sosial təminat və əmək naziri Yurate Zaylskyene ilə görüşən nazir Anar Əliyev ölkələrimiz arasında sosial sahədə əlaqələrin daha da gücləndirilməsi üçün geniş imkanlar olduğunu qeyd edib. Görüşdə bu sahədə əməkdaşlığın dərinləşdirilməsi, Litvanın əmək bazarının ehtiyaclarına uyğun olaraq Azərbaycandan işçi qüvvəsinin cəlb edilməsi imkanlarının araşdırılması məsələləri müzakirə olunub.
BƏT-in Baş direktorunun köməkçisi və kabinetinin rəhbəri Beate Andres və BƏT-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Peter van Roy ilə görüşlərdə ölkəmizin BƏT-lə əməkdaşlığının yeni istiqamətlər üzrə genişləndirilməsi imkanları müzakirə olunub.
Oxşar xəbərlər
Azərbaycan BƏT ilə əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsini müzakirə edib
Nazir Anar Əliyev Beynəlxalq Əmək Konfransının sessiyasında çıxış edib
Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib
Asiya İnkişaf Bankı ilə sosial sahədə əməkdaşlığın gələcək istiqamətləri müzakirə edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Rusiya nümayəndə heyəti ilə görüş olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp dünyanı ŞOKA saldı: İran tamamilə təslim oldu!
-
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
-
Yeni qanun layihəsi Böyük Qayıdış prosesinin hüquqi tənzimlənməsini əhatələyir - RƏY
-
Pərviz Səfərov: Bundan sonra Ukraynadan daha 30 uşağın Azərbaycana gəlməsi planlaşdırılır
-
İmişlidə açıq ərazidə və sexdə yanğın olub
-
Bakıda "Azerbaijan Jewelry Show" sərgisi keçirilir
