Şəhərlərarası və beynəlxalq danışıq tarifləri təsdiqlənib
Azərbaycanda ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulan sabit telefonlardan (məftilli və simsiz) həyata keçirilən şəhərlərarası (rayonlararası) telefon danışıqları ilə bağlı tarif ƏDV daxil olmaqla 1 dəqiqə üçün 0,03 manat təsdiq edilib.
"Sizinxeber.az-Economics" xəbər verir ki, bu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının qəbul etdiyi telekommunikasiya sahəsində bir sıra tariflərin tənzimlənməsi haqqında qərarda öz əksini tapıb.
Qərara əsasən, şənbə, bazar və bayram günləri bütün gün ərzində, digər günlərdə isə saat 00:00-dan 08:00-dək bu tarifə 0,8 əmsalı tətbiq edilib.
Ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulan taksofonlardan həyata keçirilən telefon danışıqları ilə bağlı tarif ƏDV daxil olmaqla 1 dəqiqə üçün şəhərdaxili (rayondaxili) istiqamətdə 0,02 manat, şəhərlərarası (rayonlararası) istiqamətdə 0,05 manat təsdiq edilib.
Ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulan sellülar (mobil) və sabit telefonlardan (məftilli, simsiz və taksofonlar) həyata keçirilən beynəlxalq telefon danışıqları ilə bağlı tarif bütün istiqamətlər üzrə ƏDV daxil olmaqla 1 dəqiqə üçün 0,50 manat təsdiq edilib.
Oxşar xəbərlər
Telekommunikasiya şəbəkələrinə qoşulmaqla bağlı tariflər müəyyənləşib
Azərbaycanda evə telefon çəkdirmək 30 manata başa gələcək
Sabit telefonlardan istifadəyə dair aylıq abunə haqqı müəyyənləşib
Telekommunikasiya kanallarına qoşulma və istifadəyə dair tariflər təsdiqlənib
Azərbaycanda telekommunikasiya kanallarına qoşulma və istifadəyə dair tariflər təsdiqlənib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Aliment ödəyənlərə vacib XƏBƏR
-
Açılış niyə yayımlanmadı? - İTV-dən açıqlama
-
Azərbaycanda hissedilən zəlzələ olub - YENİLƏNİB-1
-
Fərhad Hacıyev: "Yüksəliş" müsabiqəsi idarəçilik sahəsində unikal platforma rolunu oynayır
-
"Portu" Andre Silva ilə müqavilə imzalayıb
-
Şəmkirdə “Ford” yük avtomobilinə çırpılıb, bir nəfər ölüb
