Əlahiddə Ümumqoşun Orduda buraxılış mərasimi keçirilib
sizinxeber.az xəbər saytı

Əlahiddə Ümumqoşun Orduda buraxılış mərasimi keçirilib


Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) növbəti "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"nun başa çatması münasibətilə buraxılış mərasimi keçirilib.

Mərasimdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər məzunlara Vətənə və hərbi anda sadiq olmağı, hərbçi şərəfini daim uca tutmağı tövsiyə edib, gələcək xidmətlərində uğurlar arzulayıblar.

Məzunlar kurs müddətində qazandıqları bilikləri və praktiki vərdişləri xidmətdə uğurla tətbiq edəcəklərinə, qarşıya qoyulan tapşırıqları vicdanla yerinə yetirəcəklərinə və Vətən torpaqlarını layiqincə qoruyacaqlarına söz veriblər.

Hərbi qulluqçulara sertifikatlar təqdim olunduqdan sonra kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.

Sonda hərbi orkestrin müşayiəti ilə şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.

Oxşar xəbərlər

ƏÜO-da "Komando başlanğıc kursu"nun buraxılış mərasimi keçirilib
“Partlayıcı döyüş sursatlarının zərərsizləşdirilməsi kursu”nun buraxılışı olub
Komando kursunun buraxılışı olub
Komando kursunun növbəti buraxılışı olub
HHQ-də "Zabit ixtisas kursu"nun növbəti buraxılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər