Hava dəyişkən buludlu olacaq, külək əsəcək  - SABAHIN HAVASI
sizinxeber.az xəbər saytı

Hava dəyişkən buludlu olacaq, külək əsəcək - SABAHIN HAVASI


Dekabrın 25-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7° isti, gündüz 10-15 ° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.

Oxşar xəbərlər

Sabah hava əsasən yağmursuz keçəcək, arabir duman olacaq
Noyabrın ilk gününün HAVA PROQNOZU
Sabah külək əsəcək, arabir duman olacaq - PROQNOZ
Sabah 25 dərəcə isti olacaq - PROQNOZ
Sabah arabir yağış yağacaq, külək əsəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər