Sabah arabir yağış yağacaq, külək əsəcək
sizinxeber.az xəbər saytı

Sabah arabir yağış yağacaq, külək əsəcək


Dekabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə arabir yağıntılı olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Oxşar xəbərlər

Sabah bəzi yerlərdə duman olacaq - PROQNOZ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabah külək əsəcək, arabir duman olacaq - PROQNOZ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda leysan yağacaq - PROQNOZ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabah 30 dərəcə isti olacaq - PROQNOZ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda yağış, dağlıq ərazilərdə qar yağacaq - SABAHIN HAVASI [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər