Dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ
sizinxeber.az xəbər saytı

Dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ


Sentyabrın 28-i gündüzədək bəzi rayonlarda qeyri-sabit hava şəraitinin davam edəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə Sizinxeber.az-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd edilib ki, ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qazax-Gəncə, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Oxşar xəbərlər

Havanın temperaturu 3-6 dərəcə düşəcək - XƏBƏRDARLIQ
Çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər