Hava sabitləşəcək, yağıntı kəsiləcək
17-18 avqust tarixində ölkə ərazisində hava şəraitinin nisbətən sabitləşəcəyi, temperaturun tədricən 3-4° yüksələcəyi gözlənilir.
Sizinxeber.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. 17-si gündüz saatlarında havanın qısa müddətə tutulacağı ehtimal olunur. Cənub-şərq küləyi üstünlük təşkil edəcək.
Havanın temperaturu gecə 20-25°, gündüz 28-33° isti olacaq.
Bölgələrdə də müşahidə olunun yağıntılı hava şəraiti avqustun 17-si gündüz saatlarınadək davam edəcəyi, 18-də əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25°, gündüz 30-35° isti olacaq.
Oxşar xəbərlər
Həftə sonu havanın temperaturu yüksələcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabah paytaxtda hava yağmursuz keçəcək - PROQNOZ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabah 38 dərəcə isti olacaq - PROQNOZ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabahın hava proqnozu [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabah paytaxtda 35, bölgələrdə 36 dərəcə isti olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













