Sabah paytaxtda hava yağmursuz keçəcək - PROQNOZ
Avqustun 17-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz havanın qısamüddətli tutulacağı gözlənilir. Cənub-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-50% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 25-30° isti, dağlarda gecə 10-15° isti, gündüz 15-19° isti olacaq.
Oxşar xəbərlər
Sabah 38 dərəcə isti olacaq - PROQNOZ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabah paytaxtda hava yağmursuz keçəcək, külək güclənəcək - PROQNOZ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabah paytaxtda 36, bölgələrdə 38 dərəcə isti olacaq - PROQNOZ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabah hava yağmursuz keçəcək - PROQNOZ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avqustun ilk günü paytaxtda 32, bölgələrdə 35 dərəcə isti olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













