Bakı və Abşeronda yağıntının miqdarı aylıq normanın 749 faizini təşkil edib
Bu ilin may ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 22 gün normadan yuxarı, 9 gün isə normadan aşağı müşahidə edilib.
Bu barədə Sizinxeber.az-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudovun sözlərinə görə, orta aylıq temperatur 18°C isti təşkil edib ki, bu da iqlim normasından 1°C yuxarıdır.
Bildirilib ki, yarımadada maksimal temperatur mayın 13-də 32°C isti (Maştağa), bölgələrdə isə mayın 28-də 33°C isti (Kürdəmir) təşkil edib. Minimal temperatur isə Bakıda və Abşeron yarımadasında mayın 5-də 9°C isti (Maştağa), yüksək dağlıq ərazilərdə isə mayın 9-da 2°C şaxta (Şahdağ) olub.
“May ayı ərzində bəzi günlərdə hava şəraiti fasilələrlə yağıntılı keçib, dağlıq ərazilərdə sulu qar və qar yağıb. Bəzi ərazilərdə yağıntılar leysan xarakterli, intensiv və güclü olub. Ümumilikdə, bölgələr üzrə 31 gün yağıntılı hava şəraiti müşahidə edilib. Ən çox yağıntı aylıq normanın 749 faizi olmaqla Bakı və Abşeron yarımadasına (Bakı – 148 mm), aylıq normanın 199 faizi olmaqla Balakən–Şəki zonasına (Kişçay-Şəki – 206 mm) və aylıq normanın 265 faizi olmaqla Lənkəran–Astara zonasına (Biləsuvar – 85 mm) düşüb. Yağan qar nəticəsində qar örtüyünün maksimal hündürlüyü mayın 9-da Şahdağda 9 sm qeydə alınıb”.
N.Mahmudov onu da qeyd edib ki, may ayı ərzində ölkənin müxtəlif bölgələrində dolu hadisələri də qeydə alınıb. Dolu əsasən Bakı və Abşeron yarımadası, Gədəbəy, Şəmkir, Şuşa, Laçın, Qəbələ, Şəki, Qax, Balakən, Zaqatala, Yardımlı, Qusar, İsmayıllı, Ağstafa, Daşkəsən, Kəlbəcər və digər rayonlarda müşahidə olunub. Dolu dənələrinin diametri əksər hallarda 4–20 mm arasında dəyişib. Ən böyük dolu isə mayın 29-da Oğuz rayonunun Qarabulaq və Böyük Söyüdlü kəndlərində qeydə alınıb, diametri 15–30 mm təşkil edib:
“2026-cı ilin may ayı ərzində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq 10 sarı və narıncı xəbərdarlıq verilib. Bakı və Abşeron yarımadasında 11 gün, bölgələrdə isə 18 gün küləkli hava şəraiti müşahidə olunub. Küləyin maksimal sürəti həm Bakı və Abşeron yarımadasında, həm də bölgələrdə 28 m/s-dək güclənib”.
Oxşar xəbərlər
Ötən ay Bakıda temperatur 22 gün normadan yuxarı olub
Ötən ay Bakı və Abşerona 749 % normadan artıq yağıntı düşüb
Apreldə Bakı və Abşeronda temperatur 21 gün normadan yuxarı olub - RƏSMİ
Mart ayında Azərbaycanda müşahidə olunan hava açıqlanıb
Ötən ay Bakıda havanın temperaturu 17 gün normadan yuxarı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
-
Uşaqların sosial şəbəkələrdə qeydiyyatı qanunla tənzimlənəcək
-
NASA astronavtlara hava sızması səbəbindən mümkün təxliyəyə hazırlaşmaq göstərişi verib
-
"Azərbaycan Dəmir Yolları" 5 ayda sərnişin daşınmasını 16 % artırıb
-
AFFA Qazax şəhərində 100-dən çox uşağın iştirakı ilə futbol festivalı təşkil edib
-
Şimali Koreya lideri yeni esminesin dəniz sınaqlarını yoxlayıb
