Tanınmış amerikalı aktyor Ceyms Hendi qətlə yetirilib
sizinxeber.az xəbər saytı

Tanınmış amerikalı aktyor Ceyms Hendi qətlə yetirilib


"Jumanji", "K-9: İt işi" və "Top Gun" filmlərindəki rolları ilə tanınan amerikalı aktyor Ceyms Hendi Los-Ancelesdə qətlə yetirilib.

Sizinxeber.az xəbər verir ki, ögey oğlu onu bıçaqlayaraq öldürdükdən sonra polisə zəng edərək günahkar bir şəxsi öldürdüyünü bildirib.

Hadisə aktyorun evinin olduğu Tarzana məhəlləsində baş verib və Hendi evinin ərazisində bıçaq yaraları ilə tapılıb. İlk tibbi yardım göstərilməsinə baxmayaraq, aktyor xəstəxanada ölüb.

Şübhəli, Hendinin sevgilisinin 44 yaşlı oğlu Maykl Qledhil isə hadisədən sonra polisə təslim olub. Məlum olub ki, Qledhil anası ilə yaşayırmış.

Ceyms Hendi həmçinin "Araknofobiya" filmində də rol alıb. Onun ən son rolu "Top Gun: Maverick" blokbasterində barmen Cimmi rolunda olub.

Oxşar xəbərlər

Amerikalı aktyor Nicky Katt 54 yaşında vəfat edib
Bakıda aktyor və arvadı qətlə yetirilib
Aktyor Terens Stemp vəfat edib
Evində ölü tapılan "Oskar"lı aktyor və həyat yoldaşının ölüm səbəbi bilinib
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsini təsdiqləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər