Azərbaycan və İspaniya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib
sizinxeber.az xəbər saytı

Azərbaycan və İspaniya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib


İspaniyanın paytaxtı Madriddə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) və İspaniyanın Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyi arasında ilk konsulluq məsləhətləşmələri keçirilib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Konsulluq İdarəsinin rəisi Emil Səfərov, İspaniya nümayəndə heyətinə isə Xaricdəki ispanlar və Konsulluq İşləri Baş idarəsinin rəisi Karolina Alvares rəhbərlik edib.

Konsulluq məsləhətləşmələri zamanı Azərbaycan üçün tərəfdaş ölkə olan İspaniya ilə konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması və konsulluq xidmətlərinin rəqəmsallaşdırılması mövzusunda müzakirələr aparılıb.

Danışıqlar zamanı tərəflər iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, həmçinin ədliyyə, hüquq mühafizə, prokurorluq, miqrasiya, təhsil və viza siyasəti sahəsində Azərbaycan və İspaniya Krallığı arasında çoxtərəfli və ikitərəfli əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər.

Oxşar xəbərlər

Azərbaycan və Kolumbiya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib
Azərbaycanla Özbəkistan arasında konsulluq məsləhətləşmələri keçirilib
Azərbaycan və Kolumbiya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib
Azərbaycan və Oman XİN-ləri arasında ilk konsulluq məsləhətləşmələri keçirilib
Azərbaycan və Serbiya konsulluq məsləhətləşməsi keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər