Avropada yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilir
Almaniyanın Hamburq şəhərində Avropada yaşayan Azərbaycanlı Mühəndislərin III Forumuna start verilib.
"Sizinxeber.az"un Avropa bürosunun məlumatına görə, forumun mövzusu "Ağıllı şəhər texnologiyaları və prosesləri"dir.
Azərbaycanda elan edilmiş "Şəhərsalma və memarlıq ili" çərçivəsində bu il keçirilən forum Almaniya Azərbaycanlıları Alyansı və Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunub.
Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü və Ştutqartdakı Azərbaycan Evinin rəhbəri Günay Mirzəyeva tədbiri açıq elan edib. Azərbaycan və Almaniya himnləri səsləndirilib, sonra isə iştirakçılar Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri Altay Rüstəmli çıxış edib.
Alyansın İdarə Heyətinin üzvü, Boxum Rur Universitetinin professoru Elxan Sadıq-Zadə Avropada yaşayan azərbaycanlı mühəndislərin II Forumunun əsas yekunları barədə danışıb.
Oxşar xəbərlər
Hamburqda azərbaycanlı mühəndislərin III Forumu keçirilir
Avropada yaşayan azərbaycanlı mühəndislərin III Forumu keçiriləcək
Almaniya Prezidenti Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycan Milli QHT Forumu İdarə Heyətinin bir illik fəaliyyətinə dair ictimai hesabat keçirilib
Xaricdə yaşayan azərbaycanlı alimlərin forumu keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
-
Uşaqların sosial şəbəkələrdə qeydiyyatı qanunla tənzimlənəcək
-
NASA astronavtlara hava sızması səbəbindən mümkün təxliyəyə hazırlaşmaq göstərişi verib
-
"Azərbaycan Dəmir Yolları" 5 ayda sərnişin daşınmasını 16 % artırıb
-
AFFA Qazax şəhərində 100-dən çox uşağın iştirakı ilə futbol festivalı təşkil edib
-
Şimali Koreya lideri yeni esminesin dəniz sınaqlarını yoxlayıb
