sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
İran Hörmüz boğazından keçid üçün idarəetmə mexanizmi hazırlayıb
İran Hörmüz boğazından keçidin idarə edilməsi mexanizmini hazırlayıb və onu yaxın vaxtlarda təqdim edəcək.
"Sizinxeber.az" "The Times of Israel" qəzetinə istinadən xəbər verir ki, bunu İran parlamentinin Milli təhlükəsizlik komitəsinin sədri İbrahim Əzizi bildirib.
Onun sözlərinə görə, Hörmüz boğazında gəmilərin keçidi üçün xüsusi marşrut yaradılacaq.
İ.Əzizi qeyd edib ki, mexanizm yalnız İranla əməkdaşlıq edən kommersiya gəmiləri və şirkətlər üçün faydalı olacaq.
Komitə sədri vurğulayıb ki, bu mexanizm çərçivəsində göstərilən ixtisaslaşdırılmış xidmətlər üçün ödəniş alınacaq.
Oxşar xəbərlər
İbrahim Əzizi: ABŞ və İsrail İrana qarşı müharibədə istəyinə nail ola bilməyib
İran XİN: Hörmüz boğazından keçid minalara görə məhdudlaşdırıla bilər
Media: İsrailin Livana zərbələrindən sonra İran Hörmüz boğazını bağlayıb
İran ABŞ-nin uran və Hörmüz boğazı ilə bağlı təkliflərini qəbul etməyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
