Lənkəranda avtomobil dərəyə aşıb, xəsarət alanlar var
sizinxeber.az xəbər saytı

Lənkəranda avtomobil dərəyə aşıb, xəsarət alanlar var


Lənkəranda avtomobil dərəyə aşıb, xəsarət alanlar var.

"Sizinxeber.az"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Xanbulan-Biləsəsər kənd yolunda, Daşdatük kəndi ərazisində baş verib.

Belə ki, Astara rayonu, Siyəkü kənd sakini, 2004-cü il təvəllüdlü Səbuhi Namiq oğlu Rzayevin idarə etdiyi "VAZ-2107" markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq hündürlükdən dərəyə aşıb.

Nəticədə avtomobilin sürücüsü və sərnişinlər Astara rayonu, Siyəkü kənd sakinləri - 2009-cu il təvəllüdlü Qalib Şaiq oğlu Şahməmmədov, 2003-cü il təvəllüdlü Sənan İlqar oğlu Əhmədov ağır bədən xəsarətləri alıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyətləri orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Şəmkirdə avtomobil dərəyə aşıb, xəsarət alanlar var
Astarada minik avtomobili dərəyə aşıb, ölən və xəsarət alan var
Goranboyda avtomobil aşıb, 5 nəfər xəsarət alıb 
Goranboyda bir ailə avtomobil qəzasına düşüb, ölənlər və xəsarət alanlar var
Lerikdə maşın dərəyə aşıb, sürücü xəsarət alıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər