Milli Paralimpiya Komitəsində parabadmintonçularla görüş keçirilib
Milli Paralimpiya Komitəsində (MPK) parabadmintonçularla görüş keçirilib.
Qurumdan "Sizinxeber.az"a verilən məlumata görə, toplantıda Fransada keçirilmiş beynəlxalq turnirdə bürünc medal qazanan İbrahim Əliyev, həmin turnirdə iştirak edən yeniyetmə idmançı Zəhra Salmanlı, həmçinin yığma komandanın baş məşqçisi Teymur Abbasov iştirak ediblər.
Görüş zamanı turnirdə nümayiş etdirilən çıxışlar dəyərləndirilib, idmançıların yarışla bağlı təəssüratları dinlənilib. Eyni zamanda qarşıdan gələn beynəlxalq yarışlar, hazırlıq planları və komandanın gələcək hədəfləri ətrafında müzakirələr aparılıb.
Həmçinin parabadminton üzrə ilk dəfə Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaq və bununla da tarixi nailiyyətə imza atmaq məqsədi ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Paralimpiya Komitəsinin baş katibi Toğrul Rəhimov, komitə prezidentinin müşaviri Şahin Kazımzadə, İdman şöbəsinin müdiri Cavad Axundzadə və digər komitə rəsmiləri də iştirak ediblər.
Oxşar xəbərlər
Parabadmintonçu İbrahim Əliyev İspaniyada beynəlxalq turnirdə iştirak edəcək
Avropa Paralimpiya Komitəsinin prezidenti Milli Paralimpiya Komitəsinin rəhbərliyi ilə görüşüb
Milli Paralimpiya Komitəsində yeni təyinatlar olub
MPK rəsmisi: "Komandamızın Avropa Gənclər Paralimpiya Oyunlarında çıxışını uğurlu hesab edirik"
“Paris-2024”: Paralimpiyaçılarımızın ilk qrupu Vətənə qayıdıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
