Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisinin məhkəməsi başlayıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
29 
in
2026
20:30
ff

Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisinin məhkəməsi başlayıb

29 in, 2026
20:30
213

Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisinin məhkəməsi başlayıb

Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisinin məhkəməsi başlayıb.

"Report"un yerli bürosunun məlumatına görə, iyunun 29-da Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə Qaz İstismar Xidmətinin sabiq rəisi Ramin İsmayılovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Növbəti məhkəmə prosesi iyulun 3-də keçiriləcək.

Qeyd edək ki, R. İsmayılova qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Bizimlə əlaqə saxlayın

×
×