Azərbaycan klassik avtomobil kolleksiyası Ruandada yüksək mükafata layiq görülüb
sizinxeber.az xəbər saytı

Azərbaycan klassik avtomobil kolleksiyası Ruandada yüksək mükafata layiq görülüb


Azərbaycan Avtomobil Federasiyasının (AAF) “Klassik Avtomobil Sərgisi” Ruandanın paytaxtı Kiqalidə keçirilən Beynəlxalq Avtomobil Federasıyasının (FIA) Təsisçi Üzvlərinin İrsin Təbliğatı Kubokunun ilk qalibi elan edilib.

"Sizinxeber.az" xəbər verir ki, mükafat Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Fərqan Novruzova təqdim olunub.

İlk dəfə FIA-nın 120 illik yubileyində təqdim edilən bu mükafatla avtomobil irsinin təbliğində səmərəli töhfələr verən, avtomobil tarixi üzrə biliklərin ictimaiyyətə çatdırılmasında fəal iştirak edən təşkilatlar və fərdlər təltif olunacaq.

Hər il təqdim olunması nəzərdə tutulan mükafat FIA-nın avtomobil irsinin qorunması və gələcək nəsillərə çatdırılması məqsədilə həyata keçirdiyi genişmiqyaslı fəaliyyətinin vacib bir hissəsidir.

AAF-ın “Klassik Avtomobil Sərgisi” bu mükafata avtomobil irsinin inkişafına verdiyi müstəsna töhfələr, maarifləndirmə təşəbbüsləri və ictimaiyyətin avtomobil tarixini yaxından öyrənməsi üçün inklüziv mühit yaratması səbəbindən layiq görülüb. Heydər Əliyev Mərkəzində 10 ildir sərgilənən kolleksiya klassik avtomobil həvəskarları və geniş ictimaiyyətin marağına səbəb olub.

Oxşar xəbərlər

Klassik avtomobillərin yürüşünə qoşulmaq üçün qeydiyyat başa çatır
Ruanda "Formula 1" mərhələsinin keçirilməsi üçün müraciət edib
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib
Heydər Əliyev Mərkəzində FIA həftəsi qonaqlarının qarşılanma tədbiri təşkil olunub
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər