Azərbaycan taekvonduçularının 2024-cü ildə beynəlxalq yarışlarda qazandığı medalların sayı açıqlanıb
Azərbaycan taekvonduçalırnın 2024-cü il ərzində beynəlxalq yarışlarda qazandığı medalların sayı açıqlanıb.
Taekvondo Federasiyasından "Report"a verilən məlumata görə, idmançılar yarışlarda 27-si qızıl, 25-i gümüş və 52-si bürünc olmaqla, ümumilikdə 104 medal qazanıblar.
Ötən il parataekvondo üzrə keçirilən mötəbər yarışlarda isə taekvondoçular 4-ü qızıl, 3-ü gümüş, 4-ü bürünc medal olmaqla, ümumilikdə 11 medala sahib çıxıblar.
İlin ən böyük uğurlarından biri Qaşim Maqomedovun (58 kq) Paris-2024 Yay Olimpiya Oyunlarında qazandığı gümüş medal olub. Parataekvondo üzrə təmsilçilərimiz İmaməddin Xəlilov (70 kq, K44) və Sabir Zeynalov (58 kq, K44) ölkəmizə Paralimpiya Oyunlarının bu növ üzrə ilk medallarını qazandırıblar.
Avropa və dünya çempionu, Tokio-2020 Yay Paralimpiya Oyunlarının iştirakçısı İmaməddin Xəlilov Paris-2024 Yay Paralimpiya Oyunlarında tarixi uğur əldə edərək, parataekvondo üzrə ilk qızıl medala sahib çıxıb. Sabir Zeynalov (58 kq) isə Paris-2024-də fəxri kürsünün üçüncü pilləsində yer alıb.
Oxşar xəbərlər
Paris-2024: Azərbaycan medal sıralamasında 26-cı pillədə qərarlaşıb
Paris-2024: Azərbaycan medal sıralamasında 32-ci pillədə qərarlaşıb
Paris-2024: Azərbaycan paralimpiadanın medal sıralamasında 22-ci pillədə yer alıb
Paris-2024: Azərbaycan millisi medal sıralamasında 28-ci pillədə qərarlaşıb
Paris 2024: Azərbaycan medal sıralamasında 28-ci yeri tutub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













