Bakıda bədii gimnastika üzrə keçirilən Dünya kubokuna yekun vurulub
Aprelin 17-19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku keçirilib.
"Sizinxeber.az" xəbər verir ki, yarışda 42 ölkədən 150-dən çox gimnast iştirak edib.
Üç gün davam edən yarışın ilk iki günü təsnifat mərhələsinə, sonuncu günü isə finallara həsr olunub. Təsnifat mərhələsində fərdi gimnastlar halqa, top, gürzlər və lent alətləri ilə çıxışlarla bacarıqlarını nümayiş etdiriblər. Çoxnövçülük üzrə nəticələrə əsasən, Ukraynanı təmsil edən Taisiia Onofriichuk birinci yerə layiq görülüb. İkinci yeri Almaniya gimnastı Darja Varfolomeev, üçüncü yeri isə Bolqarıstan təmsilçisi Stiliana Nikolova tutub.
Qrup hərəkətləri proqramında gimnastlar 3 halqa və 2 cüt gürz ilə çıxış ediblər. Çoxnövçülük üzrə qalib İsrail komandası olub. İspaniya ikinci, AIN 2 komandası isə üçüncü pillədə qərarlaşıb.
Final mərhələsində isə mübarizə daha da gərgin keçib. Halqa proqramında qızıl medalı Taisiia Onofriichuk qazanıb, Stiliana Nikolova ikinci, Sofiia İlteriakova isə üçüncü olub. Top proqramında Darja Varfolomeev birinci, Sofia Raffaeli ikinci, Stiliana Nikolova isə üçüncü yeri tutub. Gürzlər üzrə çıxışlarda Darja Varfolomeev qalib gəlib, Sofiia İlteriakova və Taisiia Onofriichuk ikinci və üçüncü yerləri bölüşüblər. Lent proqramında da Darja Varfolomeev birinciliyini qoruyub, Sofia Raffaeli ikinci, Akmaral Yerekesheva isə üçüncü olub.
Qrup hərəkətlərində 5 top proqramında İsrail komandası birinci, Braziliya ikinci, Özbəkistan isə üçüncü olub. 3 halqa və 2 cüt gürz proqramında isə İspaniya qızıl medal qazanıb, AIN 2 ikinci, Bolqarıstan isə üçüncü yeri tutub.
Ənənəyə uyğun olaraq, təsnifat mərhələsində ən yüksək nəticə göstərən gimnast və komanda "AGF Trophy" kuboku ilə təltif olunub. Bu mükafata fərdi proqramda Darja Varfolomeev, qrup hərəkətlərində isə AIN 2 komandası layiq görülüb.
Oxşar xəbərlər
Bədii gimnastika üzrə Bakı birinciliyi keçiriləcək
Azərbaycan gimnastları Avropa kubokunda uğurlu nəticələr əldə ediblər
Azərbaycanda bədii gimnastika üzrə Dünya Kuboku keçiriləcək
Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya Kubokunda 40-dan çox ölkə iştirak edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Uşaqlara əxlaqsız təkliflər olunur" - Təhlükə saçan "Sugo" proqramı nədir? - VİDEO
-
Rusiya Ermənistandan bir sıra tərəvəz və giləmeyvələrin idxalını məhdudlaşdırıb
-
ABŞ və Kuba hərbi komandanlığı əməliyyat təhlükəsizliyini müzakirə ediblər
-
May ayının son gününə olan hava proqnozu açıqlanıb
-
Azərbaycan millisinin futbolçusu Rəvan Kərimov: "Hər oyuna qələbə üçün çıxırıq"
-
Oğuzda minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var - VİDEO
