ABŞ "Lian Star" gəmisini "Hellfire" raketi ilə sıradan çıxarıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

ABŞ "Lian Star" gəmisini "Hellfire" raketi ilə sıradan çıxarıb - YENİLƏNİB


ABŞ-nin Oman körfəzində fəaliyyət göstərən Hərbi Dəniz Qüvvələri mayın 29-da İran limanına doğru üzməyə cəhd edən "Lian Star" gəmisini raket zərbəsi ilə sıradan çıxarıb.

"Sizinxeber.az"un məlumatına görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) "X" sosial şəbəkəsində açıqlamasında bildirilir.

"ABŞ Silahlı Qüvvələri Qambiya bayrağı altında üzən "Lian Star" gəmisini beynəlxalq sularda Oman körfəzində İran limanına doğru üzərkən aşkarlayıb və gəmiyə blokadanı pozması barədə 20-dən çox xəbərdarlıq edib. ABŞ-nin uçuş aparatı heyət üzvlərinin tələblərə əməl etməməsindən sonra gəminin mühərrik hissəsinə "Hellfire" raketi ataraq onu sıradan çıxarıb. Gəmi artıq İrana tranzit keçirmir", - açıqlamada bildirilir.

ABŞ hərbçiləri blokadanın tam tətbiqinin bir hissəsi olaraq beş kommersiya gəmisini sıradan çıxarıb və 116 gəminin istiqamətini dəyişdirib, İranla atəşkəs qüvvədədir.

ABŞ-nin Silahlı Qüvvələri Amerikanın İran limanlarının blokadasını yarmağa çalışan ticarət gəmisini sıradan çıxarıb.

"Sizinxeber.az"un məlumatına görə, bu barədə "Associated Press" (AP) vəziyyətlə tanış olan ABŞ rəsmisinə istinadən xəbər yayıb.

"Qambiya bayrağı altında üzən "Lian Star" gəmisi ABŞ hərbçilərinin çoxsaylı xəbərdarlıqlarına məhəl qoymayıb və İranın ərazi sularına girməsinə qadağa qoyulmasına baxmayaraq, limana girməyə cəhd edib. Gəmi Oman körfəzində ABŞ aviasiyası tərəfindən sıradan çıxarılıb və orada ilişib qalıb", - mənbə qeyd edib.

ABŞ hərbçiləri son əməliyyat zamanı blokadanı pozmağa çalışan altı gəmini dayandırıb. Onlardan birinə hərəkətə davam etməyə icazə verilib.

Xatırladaq ki, ABŞ və İsrail 2026-cı il fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq, bir neçə şəhərə hava hücumları təşkil edib. İran buna cavab olaraq İsrailə raket zərbələri endirib və Fars körfəzindəki Amerika hərbi bazalarına hücum edib.

Aprelin 8-ə keçən gecə İran, ABŞ və onların müttəfiqləri iki həftəlik atəşkəs barədə razılığa gəliblər. ABŞ Prezidenti Donald Tramp sonra atəşkəsi qeyri-müəyyən müddətə uzadıb. Aprelin 11-12-də Pakistanın vasitəçiliyi ilə İslamabadda İran və ABŞ arasında danışıqlar aparılıb. Müzakirələr nəticəsiz başa çatıb.

ABŞ Tehrana təzyiq tədbiri olaraq İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya aldığını elan edib. İran isə öz növbəsində Hörmüz boğazının Fars körfəzinə gedən gəmilər üçün bağlandığını elan etdi. Bölgədəki vəziyyət qlobal enerji böhranına səbəb olub.

Oxşar xəbərlər

ABŞ hərbçiləri Oman körfəzində yük gəmisini sıradan çıxarıb
ABŞ qırıcısı Oman körfəzində İranın neft tankerini sıradan çıxarıb
AP: ABŞ blokadanı yarmağa çalışan ticarət gəmisini sıradan çıxarıb
ABŞ Ordusu Oman körfəzində İran gəmisinin saxlanılmasının təfərrüatını açıqlayıb
ABŞ İran tankerini vurdu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər