Azərbaycan Cüdo Federasiyası kəmər dərəcələri üzrə imtahan təşkil edib
sizinxeber.az xəbər saytı

Azərbaycan Cüdo Federasiyası kəmər dərəcələri üzrə imtahan təşkil edib


Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.

"Report" ACF-yə istinadən xəbər verir ki, imtahanda 315 cüdoçu yaş uyğunluğuna əsasən ağ-sarı, sarı, narıncı, yaşıl, göy və qəhvəyi kəmər dərəcələri üzrə bilik və bacarıqlarını nümayiş etdirib.

İmtahanı uğurla başa vuran idmançılara müvafiq kəmər və sertifikatlar təqdim olunub.

Kəmər imtahanları cüdoçuların texnikaları daha sistemli və hərtərəfli mənimsəməsinə, eyni zamanda motivasiyasının yüksəlməsinə xidmət edir.

Kəmər dərəcəsi idmançının hazırlıq səviyyəsinin qiymətləndirilməsi və rəsmi tanınması baxımından mühüm göstəricidir, həmçinin gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruri şərtlərdən biridir.

Oxşar xəbərlər

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
Cüdo Federasiyasının təşkilatçılığı ilə Bakıda kəmər dərəcələri üzrə imtahan keçiriləcək
Azərbaycanda cüdoçuları üçün kəmər dərəcələri üzrə imtahanlar keçiriləcək
Azərbaycan Cüdo Federasiyası kəmər dərəcələri üzrə imtahan təşkil edəcək
Azərbaycanda cüdoçular üçün kəmər dərəcələri üzrə imtahanlar keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər