sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
Avqustun 2-də Bakıda Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə kəmər dərəcələri üzrə rəsmi imtahan təşkil ediləcək.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə ACF-nin mətbuat xidməti məlumat yayıb.
Milli komandaların Təlim-Məşq Mərkəzində (ACF-nin inzibati binası) gerçəkləşəcək imtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hamı üçün açıqdır. Kəmər seçimi isə müvafiq yaş uyğunluğuna əsasən aparılacaq.
İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.
Bildirilib ki, kəmər imtahanı peşəkarlıq səviyyənin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, həmçinin gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.
Oxşar xəbərlər
Cüdo Federasiyasının təşkilatçılığı ilə Bakıda kəmər dərəcələri üzrə imtahan keçiriləcək
Azərbaycan Cüdo Federasiyası kəmər dərəcələri üzrə imtahan təşkil edəcək
Azərbaycanda cüdoçuları üçün kəmər dərəcələri üzrə imtahanlar keçiriləcək
Azərbaycanda cüdoçular üçün kəmər dərəcələri üzrə imtahanlar keçiriləcək
Azərbaycanda region cüdoçuları üçün kəmər dərəcələri üzrə imtahanlar keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











